Etirazçılar Argentina prezidentinə hücum ediblər | VİDEO

   Etirazçılar Argentina prezidentinə hücum ediblər    | VİDEO
  28 Avqust 2025    Oxunub:634
Argentina prezidenti Xavyer Miley etirazçıların onun kortejinə daş və butulka atmasından sonra seçkiqabağı kampaniya tədbirini təcili dayandırıb.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Argentina prezidenti Xavyer Miley Lomas-de-Samora qəsəbəsində sakinləri salamlayaraq üstüaçıq avtomobillə hərəkət edərkən onun tərəfdarları, polis və etirazçılar arasında toqquşma yaşanıb.

Maşına müxtəlif əşyalar atılandan sonra dövlət başçısının mühafizəsi onu təcili oradan aparmaq qərarına gəlib.

Argentina prezidentinin sözçüsü Manuel Adorni iğtişaşlarda keçmiş prezident Kristina Fernandes de Kirşnerin tərəfdarlarını günahlandırıb.

Prezident kortecinin keçidi Buenos-Ayres əyalətinin qanunvericilik məclisinə sentyabrın 7-də keçiriləcək seçkilərə həsr olunmuşdu.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Argentina   prezident   hücum  



Xəbər lenti